Okt 19, 2017 13:43 Asia/Baku
  • ABŞ-da atışmalarda 20 nəfər ölüb və yaralanıb
    ABŞ-da atışmalarda 20 nəfər ölüb və yaralanıb

Son sutka ərzində Amerikanın müxtəlif ştatlarında baş verən atışmalarda 7 nəfər ölüb və 13 nəfər yaralanıb.

Hər il Amerikanın müxtəlif regionlarında atışmalar nəticəsində minlərlə insan həyatını itirir yaxud yaralanır. Rəsmi statistikalara görə, Amerikada 270-300 milyon ədəd odlu silah var bu isə adam başına bir ədəd silah deməkdir. 

Amerikada vətəndaş cəmiyyətləri və hüquq müdafiəçilərinin tələblərinə baxmayaraq, silah lobbisinin güclü olmasına görə, indiyədək ABŞ hökumətlərinin heç biri ölkədə silah satışının məhdudlaşdırılması üçün hansısa qanun qəbul edə bilməmişdir. 

ABŞ prezidenti Donald Tramp bu ölkədə silahlıların ən əsas hamilərindən biridir. Amerikanın qalmaqallı perzidenti son vaxtlar amerikalı silahlılara xitabən demişdi ki, Artıq amerikalı silahlıların hüquqlarına qarşı səkkiz illik təcavüz sona çatdı və indi onların Ağ evdə həqiqi himayədarları var. 

Teqlər