Okt 20, 2017 21:30 Asia/Baku
  • AB-nin nüvə anlaşmasına sadiqliyi; ABŞ-la boşluq zolağı böyüyür
    AB-nin nüvə anlaşmasına sadiqliyi; ABŞ-la boşluq zolağı böyüyür

İranla Altılar qrupu arasında nüvə anlaşmasının icrası və öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar dünyanın əsas gündəmini zəbt edən xəbərlərdən biridir. ABŞ prezidentinin nüvə anlaşması əleyhinə çıxışı avropalıların da bu məsələyə münasibət bildirmələrinə gətirib çıxarmışdır.

Avropanın ABŞ-a açıq-aydın mesajı. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini bildirib ki, birliyə üzv 28 ölkənin də həmin mövqeyi vardır.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinadtoru Federika Mogerini deyib: Biz bu anlaşmanı Avropa Birliyinin əsaslı mənafeyindən biri hesab edirik. Həmçinin bu anlaşmanın tam icra olunması üzrə anlaşmanın bütün tərəflərinin öhdəliklərini yerinə yetirməsi üzrə öhdəliyimiz vardır.  

Əlbəttə İngiltərənin Təhlükəsizlik Şurasındakı nümayəndəsinin sözləri rollar və planların üstünü açdı.

İngiltərənin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi deyib: Nüvə anlaşmasını dəstəkləyirik. Amma bizim İranın raket proqramı haqda nigaranlığımız vardır. Qənaətimizcə, bu nigaranlıqlar müzakirə yolu ilə həll olunmalıdır.

Bundan öncə prezident Ruhani Nyu-Yorkda jurnalistlər qarşısında bu məsələyə mənfi reaksiya verdi.

İran prezidenti Nyu-Yorkda bildirmişdi ki, başqa məsələ haqda danışıqlar aparmaq üçün İranı razı etmək qarşılığında Avropanın ABŞ-a nüvə anlaşmasında qalmasını deməsini, biz yüz faiz rədd edirik.

Prezident hətta daha açıq şəkildə bəyan etdi.

Prezident Həsən Ruhaninin sözlərinə görə, illərlə müzakirədən sonra anlaşma əldə etdiyimiz halda, bu gün amerikalılar bu anlaşmadan uzaqlaşmaq üçün bəhanələr gətirirlərsə, başqa məsələ haqda bizim onlarla söhbət etməyimizə hansı əsas vardır? Öz qanuni, hüquqi və etik öhdəliyini açıq-aşkar şəkildə tapdalayırsa, danışmaq, söhbət etmək və müzakirə aparmaq vaxtın itirilməsi mənasında olacaqdır.

Amma amerikalı təcrübəli analitik və jurnalist Douq Henvudun hansı hadisənin baş verəcəyi haqda proqnozu isə belədir:  Avropalıların sonda hansı reaksiyanı verəcəyini bilmirəm. İndiyə qədər dəstəkləmişlər. Amma nüvə anlaşması sadəcə İran və Avropa arasında deyil. Çoxtərəfli anlaşmadır. Problemlərinin artacağını ehtimal edirəm.

Çoxlu problemlər qarşıdadır. Bu günlər nüvə anlaşması ilə kəndir dartmaq günləridir. Hər kim anlaşmanı özünə tərəf çəkir.