Okt 21, 2017 12:36 Asia/Baku
  • Rəy sorğusu: ABŞ nüvə anlaşmasına sadiq qalmalıdır
    Rəy sorğusu: ABŞ nüvə anlaşmasına sadiq qalmalıdır

Rəy sorğuları ABŞ xalqının Tramp hökumətinin İran ilə nüvə anlaşmasına sadiq qalmalı olduğuna inandığını deyir.

Amerika ictimaiyyətində Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) barədə mübahisələr davam edir. Bu arada CNN telekanalı tərəfindən keçirilən rəy sorğusunda amerikalılardan ABŞ-ın nüvə anlaşmasında qalması haqda soruşulub. 

Demokratlrın tərəfdarı olan Amerikalıların 80%-i İran ilə nüvə anlaşmasına sadiq qalmağı dəstəkləyib. Müstəqil baxışa malik olan amerikalıların 70%-i də nüvə anlaşmasını himayə edib. Respublikaçıların tərəfdarları arasında isə nüvə anlaşmasını himayə edənlərin sayı 48% təşkil edib. 

Bu isə, hətta, ABŞ prezidenti Donald Trampın öz partiyasının da bu xüsusda fərqli baxışa malik olduğundan və partiya daxilində ikili parçalanmanın yaşanmasından xəbər verir. 

Ümumilikdə amerikalıların orta hesabla 67%-i ölkələrinin nüvə anlaşmasına sadiq qalmalı olduğunu bildirib. Sadəcə 27% anlaşmadan çıxmağı dəstəkləyib. 

CNN bu rəy sorğusunu 12-15 oktyabrda həyata keçirib. 

Teqlər