Okt 21, 2017 14:04 Asia/Baku
  • Kseniya Sobçak
    Kseniya Sobçak

Sabiq teleaparıcı Rusiyada keçiriləcək prezident seçkilərinə öz namizədliyini irəli sürüb.

Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək. 

Rusiya prezidenti Vladimir Putinin bu seçkilərin başlıca namizədi olacağı gözlənilir. Rusiya hökumətinin tənqidçilərindən olan Mixail Navalnıy da bu seçkilərdə iştirak etmək istəyir. Amma, sabiq teleaparıcı Kseniya Sobçak da öz namizədliyini irəli sürüb. 35 yaşlı Sobçak Rusiya hökumətinin tənqidçilərindən biri olaraq çərşənbə günü öz namizədliyini irəli sürüb və qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. 

Sobçak siyasətə yad deyil. Onun atası ötən əsrin 90-cı illərində Sankt-Peterburq şəhərinin meri və Vladimir Putinin müxaliflərindən olub. Sobçakın 2012-ci ildə Putin əleyhinə aksiyada iştirakı hamını təəccübləndirmişdi. O, prezident seçkilərində iştirak edəcəyini açıqlayaraq, bir daha hamını təəccübləndirməyi bacarıb. 

Bir siyasi analitik deyir: Sobçakın prezident seçkilərinə qatılması faydasız bir iş olacaq. Bu, bir çoxlarının seçkilərdə iştirakdan imtina etməsinə səbəb olacaq. 

Bəziləri isə Sobçakın müxalifət sıralarında ixtilafa və  müxalifətin vahid namizədi olan  Aleksey Navalnıyın mövqeyinin zəifləməsinə səbəb olacağını deyirlər. 

Aleksey Navalnıy seçkilərdə iştirakını rəsmən elan edərsə, Rusiya Seçki Komissiyası onun seçkilərdə iştirak üçün səlahiyyətini təsdiq etməyəcək. Çünki, daha öncə korrupsiya və vergidən yayınma halları ilə bağlı mühakimə edilib. 

Vladimir Putin hələ ki, öz namizədliyini rəsmən elan etməyib. 

Teqlər