Okt 21, 2017 15:23 Asia/Baku
  • Trampın Ərəbistanı
    Trampın Ərəbistanı "sağmaq" sevdası

Tramp: Ərəbistanı bacardığımız qədər "sağmalıyıq".

Tramp sözün düzünü prezident olmazdan öncə demişdi, hələ seçki rəqabətləri zamanı: “Səudiyə Ərəbistanı bizim üçün gündəlik 1 milyard dollar gəlir gətirir. Biz onları bacardığımız qədər “sağmalı” sonra isə bir kənara atmalıyıq.”

İndi ABŞ dövlət katibi Ər-Riyada səfər edərək, hələ də Ali-Səudu “sağmaq” üçün bir şeyin qalıb-qalmadığını öyrənmək istəyir. Əlbəttə, bundan öncə Ərəbistan ilə ABŞ arasında, iki ölkə tarixinin ən iri silah müqaviləsinin imzalandığını da unutmamaq lazımdır.

İranın BMT-dəki səfiri Qulaməli Xoşru isə Təhlükəsizlik Şurasınıniclasında deyir: Ərəbistan bu öldürücü silahları almaqla ABŞ və İsrailin maraqlarını öz xalqının mənafeyindən üstün tutmuş oldu.

Bu, həmin Ərəbistandır ki, ABŞ-ın öz dediyinə görə, 11 sentyabr hadisəsində başlıca müttəhimdir. Amma, görəsən bu kimi reallıqlara ABŞ siyasətində yer varmı?

Ümumdünya Qırmızı Xaç Komitəsinin sədri Fransisko Roka deyir: “Bu, beynəlxalq ictimaiyyət üçün bir rüsvayçılıqdır. Mən Ərəbistanın 11 sentyabr hadisəsindəki rolundan danışmaq istəmirəm. Bu gün Yəməndə hədəfə alınan məktəblər, xəstəxanalar və sivil əhaliyə nəzər salmaq kafidir. Belə bir unutqanlıq isə insanı həqiqətən narahat edir.”   

2-3 gündən sonra isə ABŞ Konqresini qızğın iş günləri gözləyir. Mövzu, nüvə anlaşmasına düzəlişin edilməsidir. Amma, bu arada...dünya şörhətli illüzyonist Deyvid Koperfild artıq neçənci dəfədir ki, ABŞ Konqresindən sehirbazlıq sənətini Amerikanın Milli İrsi elan etməsini istəyib.  

 

Teqlər