Okt 22, 2017 17:49 Asia/Baku
  • Şimali Koreya: Altı tərəfli müzakirələrə qayıtmayacağıq
    Şimali Koreya: Altı tərəfli müzakirələrə qayıtmayacağıq

"Pxenyan ABŞ-la məsələləri həll olunmadığı zamana qədər çoxtərəfli müzakirələrə qayıtmayacaq".

İSNA-nın məlumatına görə, bu sözləri Şimali Koreyanın Xarici İşlər Nazirliyində Şimali Amerika sektorunun baş direktoru Ço Son Hui Moskvada Nüvə Silahlarının Yayılmaması ilə bağlı Konfransda deyib.

O əlavə edib: Koreya yarımadasındakı hazırkı böhran Amerika Birləşmiş Ştatlarının Şimali Koreya əleyhinə düşmənçilik siyasətinə görədir.

Şimali Koreya diplomatı həmçinin bildirib: Pxenyan Vaşinqtonla ixtilaflarını həll etmədiyi zamana qədər altı tərəfli müzakirələrə qayıtmayacaq.

Ço Son Hui həmçinin hədələyib ki, ABŞ Pxenyan əleyhinə düşmənçilik siyasətindən əl çəkməzsə, Şimali Koreya öz nüvə proqramının inkişafını davam etdirəcək.

Teqlər