Okt 28, 2017 20:28 Asia/Baku
  • Pakistanda Hindistana qarşı etiraz aksiyası keçirilib
    Pakistanda Hindistana qarşı etiraz aksiyası keçirilib

Keşmir Hürriyyət Konfransının başçılarının bu bölgə əhalisinə dəstəyə çağırmasından sonra Pakistanda əhali Hindistana qarşı etiraz aksiyası keçirib.

İRNA-nın verdiyi məlumata görə, dünən keçirilən aksiyada iştirakçılar Hindistanın nəzarətində olan Kəşmirə dəstək əlaməti olaraq müxtəlif şəhərlərdə Mudi hökumətinə qarşı şüarlar səsləndiriblər. 

Aksiyaçılar Hindistan ordusunun Kəşmirdə törətdiyi qırğınlar və repressiyalar qarşısında beynəlxalq ictimaiyyəti susmamağa çağırıblar. 

Aksiya Hindistan ordusunun Kəşmirə nəzarətinin 70-ci ildönümündə keçirilib. 

Xeybər Pəxtunxa və Pəncab vilayətlərinin yerli parlamentlərinin üzvləri də qətnamə qəbul edərək Hindistan hərbçilərinin Kəşmir əhalisinə qarşı zorakılıqlarını pisləyiblər. 

Kəşmirin bir hissəsi Hindistan, başqa hissəsi isə Pakistana daxildir amma hər iki ölkə Kəşmirin bütövsünə iddialıdır. 

Teqlər