Okt 29, 2017 16:42 Asia/Baku
  • ABŞ-ın Rusiyaya qarşı sanksiyalar siyahısı
    ABŞ-ın Rusiyaya qarşı sanksiyalar siyahısı

Amerika dövləti yeni sanksiyalar siyahısına salınmış onlarla rus şirkətin adını yayıb.

Amerika şirkətlərinə, daha çox hərbi silah və sursat istehsalı sahəsində fəaliyyət göstərən rus şirkətlərlə ticarət həmkarlığı etmək icazəsi verilmir.

ABŞ dövlət departamenti iddia edir ki, adı sanksiya siyahısına salınmış 39 rus şirkət Rusiyanın müdafiə sektorları və kəşfiyyat xidmətlərilə əlaqədədir.

Bu şirkətlərdən əlavə, təhlükəsizlik və kəşfiyyat sektorlarında fəaliyyət göstərən bəzi Rusiya orqanları da Amerikanın sanksiya sıyahısına daxil edilibdir ki, Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və Rusiya silahlı qüvvələrinin kəşfiyyat xidməti bu qəbil orqanlardandırlar.

Teqlər