Okt 30, 2017 13:36 Asia/Baku
  • Çexiyada tufan azı iki nəfərin həyatına son qoyub
    Çexiyada tufan azı iki nəfərin həyatına son qoyub

Çexiya Respublikasında güclü küləklərin əsməsi və ağacların qırılması nəticəsində azı iki nəfər həyatını itirib.

Tufan həmçinin mənzillərin işığının kəsilməsinə, eləcə də Mərkəzi Avropada müsafirlərdən bir çoxunun səfərlərində geniş qarışıqlığa səbəb olubdur.

Çexiya Respublikasının milli televiziyası xəbər veribdir ki, bazar günü güclü küləklərin əsməsi və ağacların qırılması nəticəsində azı iki nəfər həyatını itirib.

Sürəti saatda 180 kilometrə çatan Hervart tufanı Çexiya Respublikasında yüz minlərlə evin qaranlıqda qalmasına bais olubdur.

Praqa şəhərindəki məşhur zoopark da qeyri-münasib hava şərati səbəbindən bağlanıbdır.

 

 

Teqlər