Okt 30, 2017 14:11 Asia/Baku
  • 
Konqoda yüz minlərlə uşağın ölümü barədə xəbərdarlıq edilib
    Konqoda yüz minlərlə uşağın ölümü barədə xəbərdarlıq edilib

Ümumdünya Ərzaq Proqramının müdiri Konqo Demokratik Respublikasında qeyri-düzgün qidalanma səbəbindən yüz minlərlə uşağın ölümü barədə xəbərdarlıq edib və bu ölkə xalqına yardımın çatdırılmasını istəyib.

Ümumdünya Ərzaq Proqramının müdiri Devid Bizli bir müraciətdə dünya ictimaiyyətindən Konqo Demokratik Respublikasında insan böhranının baş verməsinin qarşısının alınması üçün yardımlar göndərməsini istəyib.
Bizli tez-tez toqquşmanın baş verdyi Kasay əyalətinə səfərdə BBC-yə deyib: Üç milyondan çox insan aclıqdan əziyyət çəkir və Ümumdünya Ərzaq Proqramının işçiləri pis qidalanma ucbatından böyümələri dayanmış uşaqları müayinə ediblər. Həmçinin yüz minlərlə nəfər təcili yardımlar almayacağı təqdirdə qarşıdakı bir neçə ay ərzində öz həyatını itirə bilər.

Avqust ayında təhlükəsizlik qüvvələrilə toqquşmada qəbilə başçılarından birinin öldürülməsindən sonra bu əyalətdə toqquşmalar başlanıbdır. 

 

 

Teqlər