Noy 03, 2017 12:19 Asia/Baku
  • Tramp ABŞ konqresindən lotereya proqramına son qoymasını istəyib
    Tramp ABŞ konqresindən lotereya proqramına son qoymasını istəyib

Amerika prezidenti bir daha ABŞ konqresindən “lotereya” adlandırılan püşk yolu ilə mühacirqəbuletmə proqramına tez bir zamanda son qoymasını istəyib.

Amerika prezidenti Donald Tramp dünən bəzi respublikaçı senatorlarla görüşdən sonra deyib ki, lotereya proqramı Amerikanın milli təhlükəsiziliyini nəzərəçarpacaq zəifliklərə düçar edir.

Tramp lotereya-da mühacirlərin seçilməsinin təsadüfi mahiyyətini vurğulayaraq, əlavə edib: Konqres zəncirvari mühacirəti dayandırmalıdır ki, təlükəsiz bir mühacirət sisteminə malik olmuş olaq.

Trampın sözləri, çərşənbə axşamı günü Nyu-Yorkda törədilmiş terror hücumu amilinin 2010-cu ildə yaşıl kartdan istifadə edərək, Amerikaya daxil olduğu elan edildikdən sonra söylənibdir.

Özbək mənşəli Seyfullah Həbibullah Viçsaypev çərşənbə axşamı günü gecə yük maşını ilə bir neçə piyadanı və velosipedsürəni basdıqdan sonra Nyu-Yorkun Manhetten məhəlləsində polisin atəşi ilə yaralanıbdır.

ABŞ rəsmiləri bu hadisəni bir terror hücumu hesab ediblər.

 

Teqlər