Noy 05, 2017 16:34 Asia/Baku
  • Bilbaoda aksiya

İspaniya əhalisindən minlərlə nəfər bu ölkənin şimalında yerləşən Bilbao şəhərində mərkəzi dövlətin Kataloniya məntəqəsinə birbaşa hakimiyyətinin tətbiq edilməsinə qarşı aksiya keçirib.

İspaniya əhalisindən 44 min nəfər millətçi "Qure Esku Daqo" birliyi, millətçi bask həmkarlar ittifaqları və "EH Bildu" adlı separatçı koalisiyanın çağırışı ilə şənbə günü keçirilən aksiyada iştirak edib.

İspaniyanın Bask məntəqəsi də öz müstəqil separatçı hərəkatına malikdir. Bu məntəqəyə hakim kəsilmiş millətçi bask partiyası rəsmi surətdə həmin aksiyada iştirakdan çəkinibdir.

Bilbao Bask məntəqəsinin ən böyük şəhəridir.

 

Teqlər