Noy 07, 2017 12:46 Asia/Baku
  • İspaniyada anti-sionist aksiya
    İspaniyada anti-sionist aksiya

İspaniyada sülhsevər qrupların tərəfdarları sionist rejimin paytaxt Madridə səfər etməsinə etiraz olaraq aksiya keçiriblər.

Afe xəbər agentliyinin məlumatına görə, sülhsevər qrupların tərəfdarları bu gündən İspaniyada olan sionist rejim başçısı Reuven Rivlinin səfərinə etiraz olaraq Madrid icra hakimiyyətinin binası önündə aksiya keçiriblər. 

Aksiya icra hakimiyyəti binasında bağlı qapılar arxasında və jurnalistlərin iştirak etmədiyi iclasda Madrid meri Manuela Karmenanın bu şəhərin qızıl açarını Rivlinə hədiyyə etməsi ilə bir vaxtda keçirilib. 

İspaniya sülhsevər qrupları bundan öncə Madrid merinə açıq məktubda ondan istəmişdilər ki, sionist rejimə yaxınlaşmaq ardınca olmasın və əlləri Fələstin vətəndaşları və uşaqlarının qanına bulaşmış şəxsə şəhərin açarını verməsin. 

İspaniya sülhsevər qrupları bildiriblər: Çərşənbə axşamı və çərşənbə günləri də Senat binası qarşısında və  Rivlinin səfər edəcəyi Kastilya Lamança əyalətində Toledo şəhərində aksiyaları davam etdirəcəklər. 

Sionist rejim baş naziri Benyamin Netanyahunun ötən həftə Londona səfəri də hüquq fəallarının irimiqyaslı etirazları ilə üzləşmişdi. 

Teqlər