Noy 08, 2017 13:35 Asia/Baku
  • Moqerini Vaşinqtonda: Konqres nüvə anlaşmasını qoruyacaq

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, ABŞ konqresinin üzvlərilə nüvə anlaşması barədəki müzakirələrə əsasən, belə görünür ki, amerikanlar nüvə anlaşmasında qalmaq istəyirlər.

Federika Moqerini deyib ki, Amerika konqresinin nüvə anlaşmasının taleyi barədə qərar üzrə qəbul edəcəyi qanun barədə amerikalı qanunvericilərlə müzakirə edibdir və belə görünür ki, Amerika nüvə anlaşmasında qalmaq istəyir.

ABŞ konqresinin üzvlərilə nüvə anlaşması barədə müzakirələr aparmaq məqsədilə Vaşinqtona getmiş Moqerini müxbirlər qarşısında deyibdir ki, Amerika rəsmilərilə nüvə anlaşmasına sadiq qalmaları və qərarlarının bu anlaşmanın maddələrilə uyuşması vacibliyi barədə müzakirə və aşkar nişanələr əldə edibdir ki, onlar Amerikanın nüvə anlaşmasında qalmasını istəyirlər.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Trampın nüvə anlaşması barədə yenidən müzakirələrin aparılmasına səy göstərməsi haqda deyib: Avropada Amerikanın daxili siyasi prosesi ilə işləri yoxdur, lakin onlara aid olan yerədək nüvə anlaşması barədə yenidən müzakirələrin aparılması mümkünsüzdür.

Moqerini əlavə edib: Əgər bir kəs nüvə anlaşmasındakı bir bəndin bağını yenidən müzakirə üçün açmaq istəyərsə, onun bütün bağları bir-birindən ayrılmış olacaqdır.

Moqerini bir daha vurğulayıbdır ki, İran özünün nüvə öhdəliklərinə sadiqdir və qarşı tərəf də nüvə ilə bağlı sanksiyaları götürməyə öhdəliklidir.

Vaşinqtonun nüvə anlaşmasına qarşı strategiyası Moqerini daxil olmaqla avropalı rəsmlərin kəskin reaksiyası ilə üzləşibdir.

Teqlər