Noy 10, 2017 12:01 Asia/Baku
  • Avropanın müxtəlif nöqtələrində ərbəin mərasimləri keçirilib

Şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın ərbəin mərasimi dünən İngiltərə, Ukrayna, Belarus, Sloveniya və Rusiyada keçirilibdir.

Hüseyn(ə) ərbəini mərasimi dünən gecə Londonda yaşayan iranlı həmvətənlərin və digər şiələrin iştirakı ilə İngiltərə İslam Mərkəzində keçirilib.

Şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın ərbəin mərasimi dünən İranın Ukraynadakı səfirliyi məkanında da keçirilib. Bu mərasimdə İranın Kiyevdəki səfiri Mohəmməd Beheşti Monfəred, İraqın Ukraynadakı səfiri və bu ölkədə yaşayan iranlılar iştirak ediblər.

Belarusda yaşayan şiələr və Əhli-Beyt(ə) vurğunları da əzəmətli bir mərasim keçirərək, şəhidlər ağasının ərbəinində matəm saxlayıblar.

Həmçinin şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın ərbəin gününün gəlib çatması münasibətilə Sloveniyada yaşayan iranlılar və iranlı tələbələr matəm saxlayıb, ərbəin mərasimində iştirak edərək, özlərinin İmam Hüseyn(ə)-a və Əhli-Beyt(ə) xanədanına olan sevgi və hörmətlərini nümayiş etdiriblər.

Rusiyanın paytaxtı Moskvada da Hüseyn(ə) ərbəini mərasimi müxtəlif ölkələrin, xüsusən İran, Əfqanıstan və Tacikistan müsəlmanlarından çoxlu sayda insanın iştirakı ilə keçirilib.

İran daxil olmaqla bütün dünyadan milyonlarla zəvvar həmin gündə Hüseyn(ə) ərbəini mərasimində iştirak etmək üçün İraqın Kərbəla şəhərinə daxil olur.

Teqlər