Noy 11, 2017 10:37 Asia/Baku
  • ABŞ-ın Yəmən raketinin İran istehsalını sübut edəcək heç bir sənədi yoxdur
    ABŞ-ın Yəmən raketinin İran istehsalını sübut edəcək heç bir sənədi yoxdur

Siyasi ekspert Rusiyanın ingilis dilli televiziyası ilə müsahibədə bildirib: ABŞ-ın Yəməndən Səudiyyə Ərəbistanı paytaxtında aeroporta atılan raketin İran istehsalı olmasını sübut edəcək heç bir sənədi yoxdur.

Siyasi analitik Mərvə Osman ABŞ və Səudiyyə Ərəbistanının Yəməndən Ər-Riyad aeroportuna atılan raketin İran istehsalı olmasına dair iddiaları haqda deyib: Son vaxtlar Ər-Riyad tərəfindən bir bəyanat verildi. Bu bəyanat həm gülünc, həm də demək olarsa, uşaqcasına bəyanatdır. çünki bu bəyanatda bildirilir: Livan Hizbullahı ilk öncə bu raketi Dəməşqə, oradan İraqa, sonra İrana və İrandan Yəmənə nəql edib!

Osman əlavə edib: Belə bir işin mümkünlüyünü necə qəbul etmək olar. Halbuki çox az miqdarda dərman preparatı və ərzaq maddələrini uşaqlar üçün Yəmənə göndərmək mümkün deyil. Çünki Yəməni mühasirəyə alan Səudiyyə Ərəbistanı bu işə icazə vermir. Yəmənin bütün aeroportları və limanları bu ölkənin mühasirəsindədir. Səudiyyə Ərəbistanı krallığı və onun başçılıq etdiyi koalisiya xaricdən Yəmənə göndəriləcək bütün vasitələrə tam nəzarət edir və ona icazə vermirlər. Hətta bir həkim və ya Yəmən vətəndaşlarına kömək etmək istəyən başqa insan bu ölkəyə gedə bilmir. Reyd keçirən gəmilər də Yəmən ətrafı sularda həmişə silahlar və yaxud digər vasitələrdə şübhəli bilinən yüklərə nəzarət edirlər. Belə olduğu halda, Hizbullah heç kimin xəbəri olmadan bir ədəd ballistik raketi bir neçə sərhəddən necə keçirə və sonda Yəmənə qaçaq edə bilər? Belə iddia gülünc sərhədini də aşmışdır. 

Teqlər