Noy 12, 2017 14:03 Asia/Baku
  • Putin: Tramp Şimali Koreya başçısına qarşı atmacalarına son qoymalıdır

Rusiya prezidenti Şimali Koreyanın nüvə və raket proqramı ətrafında yaranmış böhranın sülhsevər yol ilə həll edilməli olduğunu vurğulayıb.

Raşa Tudey telekanalının verdiyi məlumata görə, Vladimir Putin şənbə günü Vyetnamın Danang şəhərində təşkil etdiyi mətbuat konfransında deyib: Trampın Şimali Koreyanın başçısı Kim Çen İn-ə qarşı söz müharibəsi region ölkələrinin xeyrinə deyil. 

Putin əlavə edib: Tramp Şimali Koreya başçısına qarşı atmacalarına son qoymalıdır. 

ABŞ prezidenti dəfələrlə öz çıxışlarında Şimali Koreyanı hərbi hücumla təhdid edib. 

Vyetnamın Danang şəhərində keçirilən APEC ölkələrinin 2 günlük sammiti öz işini başa vurub. 

Teqlər