Noy 14, 2017 10:41 Asia/Baku
  • Yaponiya, Qətər və Gürcüstan xarici işlər nazirləri Zərifə başsağlığı müraciəti göndəriblər
    Yaponiya, Qətər və Gürcüstan xarici işlər nazirləri Zərifə başsağlığı müraciəti göndəriblər

Yaponiya, Qətər və Gürcüstanın xarici işlər nazirləri ayrı-ayrılıqda İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə ünvanladıqları müraciətdə İranın qərbində baş vermiş zəlzələnin çoxsaylı insan tələfatına səbəb olmasına görə başsağlığı verib və ölkələrinin zəlzələdən zərərçəkmiş məntəqələrə yardım göndərməyə hazır olduğunu bildiriblər.

Bundan öncə Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya prezidentləri də ayrı-ayrılıqda İran prezidentinə ünvanlanmış başsağlığı müraciətində baş vermiş hadisədən kədərləndiklərini və zəlzələdən zərərçəkənlərə yardım göndərməyə hazır olduqlarını elan ediblər. 

Teqlər