Noy 16, 2017 11:53 Asia/Baku
  • Tramp bir daha medianı hədəfə aldı
    Tramp bir daha medianı hədəfə aldı

ABŞ prezidenti bir daha bu ölkə medialarını hədəfə aldı

İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünən Asiyaya səfərindən qayıdan kimi twitlərini yaymağa başlayıb və keçmişdə olduğu kimi, Amerika medialarını tənqid edib. O yazıb: Filipində səfərdə olduğu zaman aylardan sonra CNN telekanalını seyr etmək məcburiyyətində qalıb və bir daha başa düşüb ki, bu telekanal pis və yalançıdır. 

Tramp Asiya ölkələrinin rəhbərlərinin onunla rəftarının onun fəaliyyət tərzi və siyasətləri ilə bağlı olduğunu inandırmağa çalışıb və bu səfərləri müsbət qiymətləndirib. 

Amerika prezidenti Asiyaya səfərinin önəmli nailiyyətlərə malik olduğunu iddia edib. Amma həqiqət bundan ibarətdir ki, Cənubi Koreya, Yaponiya və Filipində geniş etiraz aksiyaları Trampın Asiyaya səfərinə qarşı müxalifətləri göstərirdi. 

Amerikanın Gallop müəssisəsinin rəy sorğularının nəticələri isə göstərir ki, Trampın Amerikadakı reytinqi 35 faizə düşüb. 

ABŞ prezidenti son günlər Asiyanın şərqində yerləşən Cənubi Koreya, Yaponiya, Çin, Vyetnam və Filipinə 12 günlük səfər etmişdir. 

Teqlər