Noy 16, 2017 21:42 Asia/Baku
  • ABŞ Rohinca müsəlmanlarının acınacaqlı durumuna göz yumdu
    ABŞ Rohinca müsəlmanlarının acınacaqlı durumuna göz yumdu

Myanmadan qovulan yüz minlərlə rohinca müsəlmanının Banqladeş sərhədində durumunun hər gün pisləşdiyi və dünya ictimaiyyətinin köməyinə ümid bəslədikləri halda, ABŞ dövlət katibi Reks Tillerson Myanmaya gedib ki, bu böhran haqda bu ölkə rəsmiləri ilə danışıqlar aparsın. Amma onun söhbətləri rohinca müsəlmanlarının dərdinə dərman olmaqdan çox Myanma dövlətinə dəstək idi.

ABŞ dövlət katibi Reks Tillerson deyib: Biz Myanmanın seçilmiş hökuməti və onun apardığı islahatları dəstəkləyirik. Rohinca müsəlmanlarının məsələləri haqda da Myanma əleyhinə iqtisadi sanksiyanı tövsiyə etmirik. Etnik təmizləmə məsələsi də araşdırılmalıdır.

O Myanmanın hərbi qüvvələri komandanı ilə də görüşdü. Bu hərbçilər evləri yandırmışlar, kiçik-böyükə rəhm etməmişlər, BMT rəsmilərinin dediyinə görə, cinayət törətmişlər. Amma Tillerson bu cinayətlərə göz yumdu və Myanmaya hakim partiyanın lideri və Nobel Sülh mükafatçısı Anq San Suçiyə dəstəyini dayandırmaq istəmədi.

Siyasi məsələlər üzrə ekspert deyib: Myanma tam şəkildə proqramlaşdırılmış bir hərəkətdə, hava və kosmos kadrlarının əks etdirdiyi kimi, müsəlmanları icbari şəkildə Banqladeşə tərəf köçürməkdədir. Bizim fikrimizcə, bu məsələ etnik təmizləmənin tam meyarıdır.

Son statistikalara əsasən, indi rohinca müsəlman didərginlərinin sayı 600 min nəfəri keçmişdir.

Bir rohinca müsəlmanı deyib: Onlar bəzi evlərin qapılarını bağladılar, sonra yandırdılar ki, heç kim xilas ola bilməsin.

Myanmanın onların canına saldığı oddan, didərginlik əzabından, ərzaq çatışmazlığından və uşaqlarının həyatına son qoyan xəstəliklərdən. Bütün bunlar elə bir halda baş verir ki, insan haqları iddiaçıları məzlumun yerinə zalımı dəstəkləyirlər.

 

Teqlər