Noy 19, 2017 13:44 Asia/Baku
  • Bostonda radikal qruplar və anti-rasizm tərəfdarlarının qarşılıqlı aksiyası
    Bostonda radikal qruplar və anti-rasizm tərəfdarlarının qarşılıqlı aksiyası

ABŞ-ın Bostonda şəhərində radikal qruplar və rasizm əleyhdarlarının polis məmurlarının güclü iştirakı ilə qarşılıqlı aksiyası keçirilib.

Press TV-nin məlumatına görə, Massaçusets ştatının Boston şəhərində keçirilən aksiyada etirazçılarla polis məmurları arasında insident yaşanıb və bir qrup etirazçı saxlanılıb.

Sağçı və mühafizəkar qruplar "Qaradərililərin də həyatı önəmlidir" qrupu kimi qaradərililərin hüquqlarının tərəfdarı olan qrupları terror təşkilatları adlandırırlar.

Rasizm əleyhinə olan qruplar bu aksiyada şüarlar səsləndirərək və əllərində yazılı parçalar tutaraq ABŞ-da irqçiliyi pisləyiblər.

ABŞ-da irqççilik və bu yöndə olan davranışlar Donald Trampın prezident olaraq iqtidara gəlməsindən sonra artmışdır.

Teqlər