Noy 19, 2017 13:46 Asia/Baku
  • ABŞ İranda zəlzələdən zərərçəkənlərə ictimai yardıma maneəçilik törədir
    ABŞ İranda zəlzələdən zərərçəkənlərə ictimai yardıma maneəçilik törədir

ABŞ-ın Xəzinədarlıq Nazirliyi İran əleyhinə siyasətlərinin davamında İranda zəlzələdən zərərçəkənlərə humanitar yardımların göndərilməsinə maneəçilik törədib.

İRNA-nın məlumatına görə, ABŞ Xəzinədarlıq bu ölkədən İranda zəlzələdən zərərçəkənlərə humanitar yardımların göndərilməsinin formatı haqda bir göstəriş verib və bu vasitə ilə ABŞ-ın İran əleyhinə sanksiyalarının pozulmasının qarşısını almaq bəhanəsi ilə zəlzələdən zərərçəkənlərə göndəriləcək yardımların həcmini məhdudlaşdırıb.

ABŞ-ın Xəzinədarlıq Nazirliyinin internet portalında bildirilib: Amerikalılar İranda zəlzələdən zərərçəkənlərə öz yardımlarını bu nazirliyin əmlaklara nəzarət ofisində qeyd olunan sanksiyalara əsasən həyata keçirirlər.

Cümə günü də Kanada və ABŞ-da yaşayan iranlıların İranın qərbində zəlzələdən zərərçəkənlərə 200 min dollarlıq yardımının ABŞ-ın Xəzinədarlıq Nazirliyinin göstərişi ilə durdurulması haqda məlumat yayılmışdı.

Bu maliyyə yardımını ABŞ-da yaşayan bir iranlı həkim toplayıb. Facebook vasitəsi ilə ona bildirilib ki, ABŞ-ın Xəzinədarlıq Nazirliyi ilə koordinasiya etmədiyi zamana qədər bu məbləğ dondurulacaq.

Teqlər