Noy 19, 2017 18:00 Asia/Baku
  • Lavrov Suriya böhranı ilə əlaqədar əsaslı məsələlərin araşdırıldığını bildirib
    Lavrov Suriya böhranı ilə əlaqədar əsaslı məsələlərin araşdırıldığını bildirib

Rusiya xarici işlər naziri Suriyada atəşkəs rejiminə zəmanət verən ölkələrin xarici işlər nazirlərinin Türkiyənin Antalya şəhərindəki üçtərəfli iclası sona çatdıqdan sonra Suriya böhranı ilə əlaqədar əsaslı məsələlərin araşdırıldığını bildirib.

İSNA-nın məlumatına görə, Sergey Lavrov müxbirlərə verdiyi açıqlamada deyib: Rusiya, İran İslam Respublikası və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Antalya şəhərində keçirilən üçtərəfli iclasda Suriya milli dialoqu konfransında kürdlərin iştirakının mümkünlüyü araşdırıldı. 

Lavrov üç ölkə xarici işlər nazirlərinin iclasında İran, Türkiyə və Rusiya prezidentlərinin iclası üçün hazırlıqların görüldüyünü bildirib və əlavə edib: Bu iclasda önəmli məsələlər haqda razılıq əldə olunud. Üç ölkə prezidentləri həmin məsələlər haqda məlumatlandırılacaqlar. 

Teqlər