Noy 19, 2017 18:59 Asia/Baku
  • ABŞ-da silahlı insidentlər davam edir
    ABŞ-da silahlı insidentlər davam edir

ABŞ-da silahlı insidentlər nəticəsində 24 nəfər həlak olub.

Silahlı İnsidentlərin Statistikası Qeydiyyat Mərkəzinin məlumatına görə, ötən sutka ərzində ABŞ-ın müxtəlif ştatları, o cümlədən Tennesi, Florida, Şimali Karolina və Virciniya ştatlarında qeydə alınan 57 silahlı insident nəticəsində azı 24 nəfər həlak olub, 31 nəfər də yaralanıb.

Məlumata görə, həmçinin ötən 48 saat ərzində ABŞ-da 137 silahlı insident halı qeydə alınıb. Nəticədə 46 nəfər həlak olub, 68 nəfər də yaralanıb.

Statistikalara əsasən, ABŞ əhalisinin sayına görə ən çox yüngül silaha malik ölkədir. Belə ki, hər 100 nəfərə 90 ədəd tüfəng və tapança vardır.

Teqlər