Noy 20, 2017 10:54 Asia/Baku
  • Porto-Rikodakı duruma görə ABŞ Konqresi önündə aksiya
    Porto-Rikodakı duruma görə ABŞ Konqresi önündə aksiya

Minlərlə amerikalı ölkənin cənub şərqində Puerto-Riko adasında elektrikin kəsilməsi və qasırğadan iki ay ötməsinə baxmayaraq Puerto-Riko adasının yenidən qurulmasında səhlənkarlığa yol verilməsinə etiraz əlaməti olaraq ABŞ Konqresi qarşısında piket keçirib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ konqresi qarşısındakı etiraz aksiyasından əlavə yüzlərlə adam da Vaşinqton şəhərinin müxtəlif yerlərində aksiyalar keçirərək Puerto-Riko sakinlərinə dəstək verdiklərini bildiriblər. 

Bu məlumata görə, Puerto-Riko adasını dağıdan Mariya qasırğasından 2 ay ötsə də bu adada yenidən qurma və bərpa işlərinin sürəti çox azdır. 

Yerli rəsmilər də ABŞ dövləti və Tramp hökumətinin Puerto-Rikoda qasırğadan ziyan çəkənlərə qarşı etinasızlıqlarını qınamışdılar. 

Puerto-Riko adası 50-ci illərdən bəri tabe vilayət hesab olunur və əslində ABŞ-ın qeyri-rəsmi müstəmləkəsidir. 

Teqlər