Noy 22, 2017 16:24 Asia/Baku
  • Qardiyan: Avropa qeyri-stabil Almaniyadan qorxur
    Qardiyan: Avropa qeyri-stabil Almaniyadan qorxur

İngiltərədə çıxan Qardiyan qəzeti Almaniyada koalisiya hökumətinin təşkil edilməsi üzrə müzakirələrin uğursuz alınmasını Avropa üçün ən yeni şok zərbə adlandırıb.

Londonda çıxan Qardiyan qəzeti çərşənbə günü yazıb: Avropa Birliyi illərdir ki, Almaniyaya arxalanır. İndi isə Almaniyada koalisiya hökumətinin təşkil edilməsi üzrə müzakirələrin nəticəsiz qalması ilə Avropa Birliyi dərin böhran ilə üzləşib. 

Qəzet yazır: Almaniyada müşahidə edilən siyasi uğursuzluğun təsirləri Avropa ölkələri xüsusilə Fransada müşahidə ediləsidir. Halbuki, Fransa prezidenti Emanuel Makron Almaniya seçkilərini "Avropada Renosans" adlı yeni planının icrası üçün dönüş nöqtəsi hesab edirdi. 

Qardiyan qəzetinin yazdığına görə, Almaniyada yaşanan böhran keçmişdəki böhranlar o cümlədən Ukrayna müharibəsi, Bank böhranı, miqrasiya böhranı, Brexit, Polşa və Macarıstanda demokratik geriləmə və ya hətta, Kataloniyanın müstəqillik böhranı ilə müqayisədə fərqli cəhətlərə və fərqli mahiyyətə malikdir. 

Almaniyada koalisiya hökumətinin qurulması üzrə dördtərəfli müzakirələr nəticəsiz başa çatıb. Almaniya kansleri Angela Merkel bazar ertəsi günü "minimum hökuməti"nin təşkil edilməsi seçimini rədd edərək, istefa vermək niyyətində olmadığını bildirib və təkrar seçkilərin keçiriləcəyi təqdirdə, seçki rəqabətlərində aid olduğu "Xristiyan Demokrat" partiyasına rəhbərlik edəcəyini bildirib. 

Teqlər