Noy 24, 2017 10:14 Asia/Baku
  • Zaxarova: ABŞ-ın Suriyadakı iştirakı işğal mənasındadır
    Zaxarova: ABŞ-ın Suriyadakı iştirakı işğal mənasındadır

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi amerikalı qüvvələrin Suriyadakı qeyri-qanuni iştirakının davam etməsini tənqid edərək deyib: Moskva ABŞ-ın Suriyadakı hərəkətlərini işğal mənasında hesab edir.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Marya Zaxarova ABŞ-ın Suriyada hərbi iştirakı üçün heç bir hüquqi əsasın olmadığını bildirərək xatırladıb: Amerika Dəməşqin icazəsini almadan Suriyaya daxil olub. 

Zaxarova bu açıqlamanı bir məqaləyə reaksiyada verib. Çərşənbə günü Vaşinqton Post qəzeti bir məqalə dərc etmişdi. Bu məqalənin yazarı ABŞ rəsmilərinə istinadla bildirib ki, Tramp hökumətinin Suriyadakı hərbi iştirakının əsas məqsədi terrorçuların məğlubiyyətindən Suriyanın siyasi səhnəsində nüfuza dəyişmişdir. 

Bundan öncə Vaşinqton Suriyaya hərbçilərin ezam olunmasını İŞİD terror qruplaşması ilə mübarizənin vacibliyi bəhanəsi ilə əsaslandırırdı. Hazırda İŞİD terrorçularının məğlubiyyəti və məcburi geri çəkilməsi ilə ABŞ rəsmiləri qanuni hökumətinin dəvəti olmadan müstəqil ölkədəki hərbi iştirakını davam etdirmək üçün əsaslandırmalarını dəyişməyə çalışırlar. 

Suriya ordusu və müqavimət mehvəri qüvvələri bazar günü 19 noyabrda Deyruz-Zur vilayətinin cənubunda Bukamal şəhərini İŞİD terror qruplaşmasının işğalından azad ediblər. Bu şəhərin azad olunması ilə praktiki olaraq İŞİD terror qruplaşmasının Suriyadakı işinə xitam verilib. 

Suriyada böhran 2011-ci ildən regionun proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə  Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlandı. 

Teqlər