Noy 24, 2017 20:42 Asia/Baku
  • ABŞ-da yerlilərin səssizcə soyqırımına etiraz aksiyası
    ABŞ-da yerlilərin səssizcə soyqırımına etiraz aksiyası

ABŞ-da bir qrup vətəndaş bu ölkədə yerlilərin səssizcə soyqırımına etiraz olaraq aksiya keçirib.

İRİB-in məlumatına görə, Amerikada yerlilər Şükran günü ilə yanaşı bu ölkədə yerlilərin səssizcə kütləvi qırğın edilməsinə etiraz ediblər. 2000-dən çox qırmızıdərili və ABŞ vətəndaşları Massaçusets ştatında qırmızıdərililərin qəbiləsi rəhbərinin heykəli yanında etiraz aksiyası keçiriblər.

ABŞ vətəndaşı deyib: Bu gün Şükran günüdür. ABŞ hökuməti Amerikanın tarixi ilə əlaqədar yalan danışır. Bu aksiya tarixə yenidən baxış və Amerika tarixi haqqında həqiqətləri söyləmək üçündür. ABŞ-ın müstəmləkəçilik tarixi qarət və əraziləri müsadirə etmək və yerliləri soyqırımı etməklə yanaşı olmuşdur. Mənim fikrimcə, yaxın gələcəkdə ABŞ-ın müstəmləkəçiliyi mövcud olmayacaq və ölkə onun əsil sahiblərinin əlinə keçəcək. Bu ictimaiyyətin insanları bir-birləri ilə insanlıqla davranacaqlar.

Bu aksiya ABŞ-ın şimal-şərq ştatlarının qırmızıdərililəri və yerlilərinin dəvəti ilə keçirilib. Bu birlik 1969-cu ildən bəri ABŞ-da Şükran Gününü hər il matəm günü elan edib. Birləşmiş Ştatlarda Şükran günü ilə yanaşı amerikalı yerlilər bu ölkədə yerlilərin səssizcə qırğın edilməsinə etiraz edirlər. Bu adlandırmanın səbəbi yerlilərin qırğını və soyqırımını, qərbin Amerika qitəsi yerlilərinin mədəniyyətinə hücumunu xatırlamaqdır.

Başqa bir amerikalı deyib: Mən buraya ABŞ-ın şimal-şərq yerlilərini və onların hüquqlarını dəstəkləmək üçün gəlmişəm. İnsanların ABŞ-da müstəmləkəçilik tarixi haqda məlumatlarının artacağına ümid edirəm.

Aksiya iştirakçısı deyib: Mən matəm günündə yerlilərin dərdinə şərik çıxmaq və həmrəylik üçün buraya gəlmişəm. Oğlum Şimali Dakota ştatında Standinq-Rak bölgəsində polis tərəfindən saxlanılıb. Onlar oğlum Oryanı 24 saat it qəfəsində saxlayıblar. Və Standinq-Rak düşərgəsində qocaların məsulu olan və onlara baxan ikinci oğluma doğru atəş açıblar, onun əlil olmasına səbəb olublar. Mənim dünyaya mesajım budur ki, biz müstəmləkəçilik əleyhinə mübarizə aparacağıq.

Bu etiraz aksiyasının iştirakçıları üzərində “Neft boru kəməri heç vaxt çəkilməməlidir”, “Amerikanın yerlilərinin hərəkatı məhv olmayıb” “Biz burada möhkəm və güclü dayanmışıq” yazılmış plakatlar daşıyaraq etirazlarını bildiriblər.

 

Teqlər