Noy 27, 2017 12:51 Asia/Baku
  • Fransada kişilərin zorakılıqları nəticəsində hər üç gündən bir, bir qadın ölür
    Fransada kişilərin zorakılıqları nəticəsində hər üç gündən bir, bir qadın ölür

Fransada kişilərin zorakılıqları nəticəsində hər üç gündən bir, bir qadın həyatını itirir.

Fransa prezidenti Emmanuel Makron bu gün səhər qadınlara qarşı zorakılıq barədə danışaraq, bu haqda şok statistikalar təqdim edibdir.

Bu məlumata görə, Fransada təkcə 2016-cı ildə yüz iyirmi bir qadın öldürülüb. İki yüz iyirmi beş min fransız qadın da ya zorlanmış, ya da ki, zorakılığa məruz qalmışdır. 

Makron öz çıxışında bu məsələni "dəhşət və utancgətirici hərəkət" adlandırıb. O, Yelisey sarayındakı çıxışında mərasimdə iştirak edən iki yüz nəfəri bir dəqiqəlik sükuta dəvət edib.

Minlərlə fransız qadın da Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günündə Fransanın paytaxtı Parisdə aksiya keçiribdir.

Teqlər