Noy 29, 2017 11:12 Asia/Baku
  • Pxenyanın raket sınağına reaksiyalar

Şimali Koreyanın yeni raket sınağı ABŞ və müttəfiqlərinin mənfi reaksiyaları ilə üzləşib.

Şimali Koreya çərşənbə axşamı günü səhər tezdən yeni ballistik raketi sınaqdan keçirib. Raket Yaponiya dənizinin iqtisadi zonasına düşüb.

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın yeni raket sınağına reaksiyada bildiribdir ki, Pxenyanın bu addımı Vaşinqtonun Şimali Koreya ilə bağlı rəftarının dəyişməməsinə bais olur.

Yaponiyanın baş naziri Şinzo Abe də Şimali Koreya raketinin onun ölkəsinin sularına düşməsindən nigarançılıq edib. O, Şimali Koreyanın yeni raket sınağı ilə bağlı məlumatların toplanması üçün Yaponiya Milli Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyib.

Belə bir halda, Avropa Birliyi və NATO Şimali Koreyanın yeni raket sınağını BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulması adlandırıb və bu ölkənin dünya ictimaiyyətilə dialoqunun keçirilməsini istəyiblər.

BMT də bu gün səhər bildiribdir ki, bu təşkilatın Təhlükəsizlik Şurası Şimali Koreyanın yeni raket sınağını araşdırmaq üçün bu gün axşam fövqəladə iclas keçirəcəkdir.

Şimali Koreya sentyabrın 15-də də bir ballistik raket buraxmışdı. Bu raket Yaponiyanın hava məkanını pozaraq, 3700 kilometrlik məsafəni keçdikdən sonra Sakit Okean sularına düşmüşdü.

Şimali Koreya son aylarda öz sərhədləri yaxınlığında xarici hərbi qüvvələrin artmaqda olan hədələri və ABŞ prezidenti Donald Trampın şifahi hücumlarının şiddətlənməsi ilə üzləşir.

Koreya yarımadasındakı gərginliyin artmasında böyük rol oynayan Vaşinqton və müttəfiqləri daim Şimali Koreyanın nüvə sınaqlarının dayandırılmasını istəyirlər, lakin Pxenyan dəfələrlə vurğulayıbdır ki, ABŞ ilə müttəfiqlərinin Şimali Koreyaya qarşı təhdidlərinin davam edəcəyi zamanadək bu ölkə də özünün önləyici hücum qüdrəti və hərbi bacarıqlarını gücləndirməyi davam etdirəcəkdir.

Teqlər