Dek 02, 2017 19:31 Asia/Baku
  • Malayziya hüquq dairələri rohinca müsəlmanları ilə həmrəyliyi elan etdi
    Malayziya hüquq dairələri rohinca müsəlmanları ilə həmrəyliyi elan etdi

Malayziyada bir qrup hüquq fəalı Kualalumpur şəhərinin mərkəzinə toplaşaraq rohinca müsəlmanları ilə həmrəyliyi elan ediblər.

İRNA-nın məlumatına görə, Myanmada rohinca müsəlmanları ilə həmrəylik Beynəlxalq Günü münasibəti ilə Malayziyanın bir qrup hüquq fəalı ötən gecə paytaxt Kualalumpur şəhərinin Astaka meydanına toplaşaraq rohinca müsəlmanları ilə həmrəyliklərini nümayiş etdiri və adını gecə həmrəyliyi adlandırıb.

Malayziya Məsləhət Şurası İslam Təşkilatının sədri Məhəmməd Əzmi Əbdülhəmid bu toplantıda etdiyi çıxışında Kütləvi İnformasiya Vasitələrinin Myanmada rohinca müsəlmanlarının vəziyyətini açıqlayaraq ordu və radikal buddistlərin müsəlmanlara qarşı törətdikləri cinayətləri daha çox işıqlandırmasını istəyib.

O sözlərinin başqa bir hissəsində deyib: İndiyə qədər göstərilən səylər Myanmada müsəlmanların vəziyyətinin yaxşılaşması ilə nəticələnməyib.

Myanmanın qərbində Raxin əyalətində ordu və radikal buddistlərin rohinca müsəlmanları əleyhinə irimiqyaslı cinayətləri 25 avqustdan başlanıb. İndiyə qədər 6 mindən çox müsəlman həlak olub, 8 min nəfər yaralanıb, yüz minlərlə nəfər didərgin düşüb.

Teqlər