Dek 03, 2017 12:29 Asia/Baku
  • MKİ şefinin general Süleymaniyə məktubu açılmadı
    MKİ şefinin general Süleymaniyə məktubu açılmadı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin şefi İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Batalyonu komandanı general Qasım Süleymaniyə məktub göndərməsindən xəbər verib.

Vaşinqton Post qəzeti yazır: MKİ şefi Mayk Pompeo şənbə günü "Donald Reyqan" fondunda etdiyi çıxışında general Qasım Süleymaniyə məktub göndərdiyini və İraqda ABŞ-ın maraqlarına qarşı hücumla bağlı ona xəbərdarlıq etdiyini deyib. 

Pompeo daha sonra Qasım Süleymaninin onun məktubunu oxumadığını etiraf edib. 

MKİ-nin başçısı İrana qarşı öncəki iddialarını təkrar edərək, deyib: İran Yaxın Şərqdə öz nüfuzunu genişləndirməyə çalışır. 

ABŞ rəsmilərinin İrana qarşı əsassız iddialarına baxmayaraq, İran terrorizm ilə mübarizədə ön cəbhədə yer alır və bu savaşda böyük uğurlar əldə edib. 

Teqlər