Dek 05, 2017 19:53 Asia/Baku
  • Tillerson nüvə sazişinin saxlanılmasını himayə edib
    Tillerson nüvə sazişinin saxlanılmasını himayə edib

Amerika dövlət katibi İran İslam Respublikasına qarşı əsassız iddiaları təkrarlayaraq eyni zamanda İranla nüvə sazişinin saxlanılmsına təkid edib.

Röytersin verdiyi məlumata görə, Reks Tillerson Brüseldə Avropa Birliyi xarici siyasət üzrə koordinatoru Federika Moqerini ilə müştərək mətbuat konfransında bir daha İranın regionda xüsusiylə Yəmən, İraq və Suriyadakı roluna qarşı ittihamlar irəli surərək eyni zamanda İran ilə 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasını himayə edib. 

Tillerson həmçinin İranın İsrail rejiminə və Suriyadakı terrorçu qruplara qarşı Livan Hizbullahına dəstək verməsini " regionda destabilliyə səbəb olan təşəbbüslər" adlandırıb və onu tənqid edib. 

Moqerini də deyib: ƏMTP-nın davam etməsi Avropa , region və bütün dünyanın təhlükəsizliyi üçün strateji əhəmiyyətə və açar roluna malikdir. 

Teqlər