Dek 09, 2017 13:09 Asia/Baku
  • Asiyanın cənub-şərqində Trampın Qüdslə bağlı qərarına etirazlar
    Asiyanın cənub-şərqində Trampın Qüdslə bağlı qərarına etirazlar

ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı olaraq tanıması Asiyanın cənub-şərqində bəzi ölkələrin müxalifəti ilə üzləşib, on minlərlə insan küçələrə axışaraq, Trampın bu qərarına qarşı aksiyalar təşkil edib.

İRNA-nın məlumatına görə, İndoneziyada minlərlə nəfər cümə günü ABŞ səfirliyi önündə böyük aksiya təşkil edərək, bu ölkə prezidentinin Qüdslə bağlı qərarına öz etirazlarını bəyan ediblər. 

Bu etiraz aksiyasında ABŞ əleyhinə şüarlar səsləndirilib, Trampın müqəvvası yandırılıb, İndoneziyanın ABŞ ilə diplomatik əlaqələrini kəsməsi istənilib. 

İndoneziya prezidenti Coko Vidodo da Amerikaan Qüdslə bağlı qərarına düzəliş etməsini istəyib. Vidodo həmçinin, ABŞ-ın İndoneziyadakı səfirinin baş vermiş hadisə ilə bağlı açıqlama verməsi üçün İndoneziyanın Xarici İşlər Nazirliyinə çağırtdırılması barədə göstəriş verib. 

Malayziya hökuməti də ABŞ-ın Qüdsü sionist rejimin paytaxtı olaraq tanıması və öz səfirliyini bu şəhərə köçürmək qərarı ilə müxalifət edib. 

Bundan başqa, minlərlə insan ötən gün cümə namazından iştirak etdikdən sonra Kualalampurda ABŞ səfirliyinə doğru yürüş edərək, Trampın Qüdslə bağlı qərarını tənqid edib.