Dek 09, 2017 18:12 Asia/Baku
  • Tramp irqçi və islamofob bir prezidentdir
    Tramp irqçi və islamofob bir prezidentdir

Ətvan: Tramp bir irqçi, dəllal, ərəb düşməni və islamofob prezidentdir. Bu bir gerçəklikdir. Tramp Benyamin Netanyahunun və İsrailin yaxın dostudur.

Tanınmış ərəb jurnalist və "Rəy Əl-Yəum" qəzetinin baş redaktoru Əbdülbari Ətvan ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasına reaksiya olaraq görüntülü müraciətində deyib: "Bu söhbətimizin əsas mövzusu ABŞ prezidenti Donald Trampın ABş səfirliyinin Təl-Əvivdən işğal edilmiş Qüds şəhərinə köçürülməsi ilə bağlı qərarı olacaq. Mən həqiqətən bu qərar ilə bağlı rəsmi Ərəb quruluşlarına hakim kəsilmiş qorxu vəziyyətini qeyri-adi hesab edirəm. Sanki Tramp gözlənilməz bir addım atıb. Xeyr, bu belə deyil. Tampı bir irqçi, dəllal, ərəb düşməni və islamofob prezidentdir. Bu bir gerçəklikdir. Tramp Beynamin Netanyahunun və İsrail dövlətinin yaxın dostudur. Tramp sadəcə kürəkəni Card Kuşnerin sözlərini dinləyir. Bu, həmin müttəfiqdir ki, hələ keçmiş zamanlardan Fələstin ərazilərində, Ərəb və İslam torpaqlarında qanunsuz sionist qəsəbələrin salınmasını dəstəkləyir. Bu gün də öz dəstəyini davam etdirir. And olsun Allaha, mən Trampın bu qərarından geri dönməməsi üçün dua edirəm. Çünki, bizim bu şoka ehtiyacımız var. Biz fitnəkar Ərəb rəsmiləri və ictimai xadimlərinə qarşı yalançı inamın məhv olmasına ehtiyaclıyıq. Bəzi bu yalançı ictimai xadimlər əlaqələrin normallaşdırılmasından danışır və İsraili alqışlayırlar. İsrailin Fars Körfəzi ətrafında yerləşən ölkələrin vətəndaşlarından hətta bir nəfərini belə öldürmədiyini deyirlər. Hətta, bir nəfər olsun belə səudiyyəliyi öldürmədiyini deyirlər. Şübhəsiz bu kimi insanlar azlıqdadırlar. Və biz Fars Körfəzi xalqlarını yaxşı tanıyırıq. Onlar şərəfli xalqdırlar. Prezident Tramp Ərəb ölkələri başçılarından dördü ilə telefon əlaqəsi saxlayıb. Misir prezidenti Əbdülfəttah Əssisi, İordaniya kralı 2-ci Abdullah, Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas və Ərəbistan kralı Salman bin Əbdüləziz ilə telefon əlaqəsi saxlayıb. Bir müttəfiq olaraq onlarla məsləhətləşmək üçün yox. Tramp onlarla itaətində olan bir şəxs kimi danışıb və onlara ABŞ səfirliyini Qüdsə köçürəcəyini deyib. Bu danışıqların məzmununun bu şəkildə olmasını necə qəbul edirsiniz? Ona sizinlə bu şəkildə danışmasına necə icazə verirsiniz? Nə üçün ona demirsiniz ki, biz sənə qarşı çıxacağıq? Nə üçün bunun destruktiv bir addım olduğunu demirsiniz? Nə üçün ona, bir müttəfiq olaraq bu addımın sizin üçün təhqiramiz olduğunu demirsiniz? Və nə üçün bu addımın regionu adəşə sürükləyəcəyini demirsiniz? Əlbəttə, mən ümidvaram bu addım ilə region atəşə sürüklənsin. Onlar xəyanət etdilər və bu məsələ barəsində onunla mübahisə etməyiblər. Və bunun bir xəbər xarakteri daşıdığıın, onları məlumatlandırdıqdan sonra, onları dinləmədiyini deyiblər. Məgər bunlar müttəfiqdirlər. Görəsən onlar ABŞ prezidentinin onlara hörmət etdiyini düşünürlər? Tramp onların pulunu istəyir. Tramp onları sağmaq istəyir. Sadəcə onunla müqavilə bağlamalarını istəyir. Onların bütün pullarını son qəpiyinə kimi əllərindən almaq istəyir. Bu bir gerçəklikdir. Mən təəccüb edirəm. Nə üçün Mahmud Abbas bu danışıqdan sonra mətbuat konfransı təşkil edərək, ABŞ prezidenti üçün problem yaratmadı? Nə üçün Mahmud Abbas Oslo anlaşmasından çıxacağını və sülh prosesini tərk edəcəyini demir? Təhlükəsizlik anlaşmasını pozacağını nə üçün demir? Nə üçün işğal edilmiş ərazilərdə intifazə odunu alovlandıracağını demir? Bu gündən etibarən artıq bizim üçün şərəfdən danışmaq yersizdir. ABŞ ilə də heç bir əməkdaşlıq etməyəcəyik. Ona inanmayacağıq. Nə üçün bütün bunları demədi? Bu bir faciədir. Nə üçün artıq Ərəb ölkələri başçıları "biz bu addımla kəskin formada müxalifət edəcəyik" demirlər? Nə üçün öz paytaxtlarını etiraz aksiyaları ilə dolduracaqlarını demirlər? Nə üçün işğal altında olan Qüdsə və Əl-Əqsa Məscidinə qarşı təcavüzlər və tamahkarlıqlar qarşısında sakit dayanmayacaqlarını, etiraz edəcəklərini demirlər? Bu bir gerçəklikdir. Onlar heç bir vəchlə heç bir iş görməyiblər. Və Trampın bu xəbəri elan etməsini gözlədilər. Amma, ərəb xalqları çox işlər görəcəklər. 

And olsun Allaha, bu fitnə cavabsız qalmayacaq. Bu, Ərəb və İslam oyanışının başlanğıcıdır. And olsun Allaha! Biz buna ehtiyaclıyıq. And olsun Allaha! Biz İsrail ilə əlaqələri normallaşdırmaq ardınca olanlar ilə mübarizə aparmaq, Fələstin məsələsini başlıca və prioritet məsələyə çevirmək üçün birlik və həmrəyliyə ehtiyaclıyıq. Biz, bu hegemonçular və müstəmləkəçilər ilə mübarizə aparacağıq. Biz bu müstəmləkəçiləri Ərəb ölkələrində, Misirdə, Əlcəzairdə, Mərakeşdə, Tunisdə, Sudanda və Körfəzdə(Fars), Yəməndə, Livanda, Suriyada və İraqda  olduğu kimi məğlub edəcəyik. Necə ki, bu ölkələrdə qəhrəmancasına mübarizə ilə ABŞ-ın işğalçılıqları qarşısında mübarizə aparıb və onu məğlub ediblər. And olsun Allaha! Fələstində də onları məğlub edəcəyik. Və bütün Fələstini azad edəcəyik. And olsun Allaha! Fələstini həyatda olduğumuz dövrdə azad edəcəyik. Sionistlərin, batmaqda olan gəmidən qaçan siçanlar kimi Fələstindən qaçmalarının şahidi olacağıq. 

Teqlər