Dek 09, 2017 21:35 Asia/Baku
  • Amerikalılar Trampın Qüdslə bağlı qərarına qarşıdır
    Amerikalılar Trampın Qüdslə bağlı qərarına qarşıdır

Yüzlərlə nəfər Vaşinqtonda Ağ Ev qarşısında aksiya keçirərək, ABŞ prezidentinin Qüdslə bağlı qərarına etiraz edib. Nyu-Yorkda keçirilən oxşar aksiyada da xalq Trampın qərarına qarşı çıxıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Ağ Ev qarşısında keçirilən aksiyada ABŞ prezidenti Donald Trampın işğal altında olan Qüds şəhərini İsrailin paytaxtı olaraq tanıması əleyhinə şüarlar səsləndirilib.

İslam təşkilatları və hüquq müdafiəçiləri, Amerika İslam Əlaqələri Şurası, Şimali Amerika İslam Dairəsi, Amerika Müsəlmanları Fələstin Naminə və Anti-Sionist Yəhudilər Birliyi bu aksiyada iştirak ediblər.

Nyu-Yorkda da müsəlmanlar və fələstinliləri müdafiə qrupları ABŞ prezidentinin Qüdslə bağlı qərarını tənqid edib, Tramp və İsrailə qarşı şüarlar veriblər.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü axşam regional və beynəlxalq müxalifətlərə baxmayaraq, Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib.

Teqlər