Dek 11, 2017 10:30 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü fransız həmkarının Rusiyanın İŞİD-in Suriyadakı məğlubiyyətindəki rolunu inkar etmək üzrə sözlərini rədd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əlavə edib: Qərbli şəriklər son günlər iddia ediblər ki, İŞİD-in məğlubiyyətinin Rusiya ilə əlaqəsi olmayıb, əksinə onlar və ABŞ-ın başçılığı altında olan koalisiyanın qüvvələri İŞİD-in Suriyada məhv edilməsinə səbəb olublar.

Zaxarova Facebook-dakı mesajında qərblilərə xitabən yazıb: Cənablar! Xahiş edirik, İraq, Liviya və Əfqanıstandakı nailiyyətlərinizdən qürur duyun!

Fransanın xarici işlər naziri Jan İv Le Drian son zamanlar Rusiyanın İŞİD-in Suriyadakı məğlubiyyətindəki rolunu rədd edərək, iddia edibdir ki, amerikan koalisiyanın hərbçiləri İŞİD-i Suriyada məğlub edərək, bu ölkədən çıxarıblar.

Teqlər