Dek 11, 2017 13:12 Asia/Baku
  • Netanyahu Parisdə Fransa xalqının etirazları ilə üzləşib
    Netanyahu Parisdə Fransa xalqının etirazları ilə üzləşib

Netanyahunun Parisə səfərinə etiraz olaraq, fransalılar bu ölkənin üç böyük şəhərində- Lil, Lyon və Parisdə aksiyalar keçiriblər.

Amerikanın bu ölkə səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi barədəki ağılsız qərarından dörd gün sonra sionist rejimin baş naziri Parisə gələrək, Fransa prezidentilə görüşüb. Netanyahu ilə Makronun Yelisey sarayındakı işgüzar nahardan sonra iki tərəf mətbuat konfransında iştirak edib. Fransa prezidenti bir daha bildirib ki, Qüdsün sionist rejimin paytaxtı kimi tanınması beynəlxalq qanunlara zidd olaraq, sülh üçün təhlükəlidir. Amma Yelisey sarayından xaricdə və Qüdsü işğal etmiş rejimin baş nazrinin Parisə daxil olması ərəfəsində fransalılar, o sıradan müsəlmanlar, xristianlar və azadlıqsevərlər bu ölkənin üç böyük şəhərində- Lil, Lyon və Parisdə Netanyahunun Fransaya dəvət olunmasına etiraz olraq aksiyalar keçiriblər. Parisdəki aksiya bu şəhərin Respublika meydanında keçirilibdir.

Teqlər