Dek 11, 2017 14:27 Asia/Baku
  • ABŞ suriyalı kürdlərə silah göndərməyi davam etdirir
    ABŞ suriyalı kürdlərə silah göndərməyi davam etdirir

Türkiyə mediaları xəbər veriblər ki, Amerika bir daha Suriya kürdlərinə silah göndəribdir.

Bir neçə Türkiyə qəzeti, o sıradan Sabah, Yeni Şafak və Hüriyyət qəzetləri xəbər veriblər ki, yeni amerikan silahlar zirehli avtomobillərə və pulemyotlara şamil olur.

Bu məlumata görə, amerikan qüvvələr yeni hərbi köməkləri İraq Kürdüstanı məntəqəsi və sonra Suriydakı Əlhəsəkə vilayəti vasitəsilə suriyalı xalq müdafiə bölmələrinə və kürd demokratik qüvvələrinə çatdırıblar.

Həmçinin müxaliflərin tabeliyində olan və "Suriya insan haqları gözətçisi" adlandırılan qrup yerli mənbələrin adından bildiribdir ki, Türkiyənin hərbi avtomobillər karvanı cari həftənin əvvəllərində İskənderun sərhəd keçidindən keçib, Suriya ərazisinə daxil olaraq, Afrin şəhərinə doğru irəliləyibdir.

Belə bir halda, Tramp türkiyəli həmkarı Rəcəb Tayyıb Ərdoğan ilə telefon əlaqəsində vəd vermişdi ki, Suriya kürdlərinə silah dəstəyini dayandıracaq.

Teqlər