Dek 11, 2017 16:28 Asia/Baku
  • Putin: Qüdrətlə terrorçularla mübarizə aparacağıq
    Putin: Qüdrətlə terrorçularla mübarizə aparacağıq

Rusiya prezidenti Suriyada bildirib: Əgər terrorçular bir daha bu ölkədə baş qaldırarlarsa, qüdrətlə onları təqib edəcəyik.

Rusiya prezidenti Vladimir Putin Suriyaya gözlənilməz səfərdə və öz suriyalı həmkarı Bəşşar Əsədlə görüşdə deyib ki, Rusiya və Suriya orduları ən güclü beynəlxalq terror qruplarından birini təkcə iki il müddətinə məhv etdilər.

TASS informasiya agentliyi bu gün Rusiya prezidenti Vladimir Putinin Rusiyanın istifadə etdiyi Suriyanın Laziqiyyə şəhərində yerləşən Həmimim hava bazasından gözlənilməz görüşündən xəbər verib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bu səfərdə Putini müşayiət edibdir.

Putin bu səfərdə rus qüvvələrin bir hissəsinin Suriyadan çıxması haqda göstəriş verib. Moskva Suriyada yerləşən Həmimim hava bazasını və Tərtus dəniz bazasını qoruyub saxlayacaqdır.

Rusiya prezidenti Suriyadan Misirin paytaxtı Qahirəyə yola düşüb.

Teqlər