Dek 11, 2017 21:40 Asia/Baku
  • Vaşinqton Post: Tramp yalançılıq və aldatmaq simvoludur
    Vaşinqton Post: Tramp yalançılıq və aldatmaq simvoludur

Amerikalı ekspert və analitik bu ölkə prezidentinin dedikləri və davranışını yalançılıq və aldatmağın simvolu adlandırıb.

Ekspert və ictimai məsələlər üzrə analitik Bella Depaulo Vaşinqton Post qəzetində yazıb: ABŞ prezidenti Donald Trampın yalanları bədxahlıqdır və çoxluq təşkil edir. 

Bu amerikalı ekspert əlavə edib: Yalançılıq Donald Trampın adətinə çevrilib. 

Vaşinqton Post qəzetinin yeni araşdırmasının nəticələrinə görə, Tramp prezidentliyinin 298 günlüyündə 1628 dəfə yalan danışıb və hər gündə 6-ya yaxın yalan danışmaqla ABŞ-ın ən böyük yalançısı adını "qazanıb". 

ABŞ-da 30 yaşdan yuxarı insanlar arasında min yalan danışan haqda ən yeni araşdırmaya əsasən, hər bir şəxs 24 saat ərzində orta hesabla 1-65 yalan danışır. Beləliklə Tramp ən böyük yalançı adına layiqdir. 

Teqlər