Dek 13, 2017 09:26 Asia/Baku
  • Fransa xarici işlər naziri bir daha İranı ittiham etdi
    Fransa xarici işlər naziri bir daha İranı ittiham etdi

Fransa xarici işlər naziri Tehran və Moskvanı Suriya hökumətini dəstəkləməkdə ittiham edib.

İRİB-nin verdiyi məlumata görə, Jan İv Le Drian çərşənbə axşamı Fransanın ikinci telekanalına verdiyi müsahibədə İranın regional ambisiyaları adlandırdığı məsələni tənqid edərək, İran İslam Respublikasının Aralıq dənizinə kimi olan ərazidə öz nüfuz dairəsini genişləndirməyə çalışdığını iddia edib. 

Fransa xarici işlər naziri həmçinin, İran İslam Respublikası və Rusiyanın Suriya hökumətini himayə etməsinə işarə edərək, deyib: Rusiya Suriyaya qurudan və  havadan hərbi dəstək verir. İran isə öz hərbçiləri və Livan Hizbullahı döyüşçüləri ilə Suriya hökumətinə dəstək verir. 

Le Drian 16 noyabrda da Ərəbistanda olduğu zaman İran İslam Respublikasını regionda gərginlik yaradan rəftarlarda ittiham etmişdi. 

Suriya böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqləri o cümlədən Fransanın dəstəklədiyi terrorçu qrupların Suriyaya hücum etməsi ilə başlandı. Bu işdə məqsəd regionda tarazlığı sionist rejimin xeyrinə dəyişmək idi. Suriya hökumətinin İran və Rusiyadan terrorizm ilə mübarizədə dəstək istəməsinin ardınca, Tehran və Moskva Suriya böhranına müdaxilə etdilər. Bu isə ABŞ və müttəfiqlərinin xoşuan gəlmədi. 

Suriya ordusu və müqavimət qüvvələri Rusiya hava qüvvələrinin dəstəyi ilə 19 noyabrda İŞİD-in Suriyadakı sonuncu bazası sayılan Bukəmal şəhərini də azad etməyi bacardı. Bu şəhərin azad edilməsi ilə Suriyada İŞİD terrorizminin kitabı bağlanmış oldu. 

Teqlər