Dek 13, 2017 10:13 Asia/Baku
  • Con Kerri: ABŞ-ın Paris İqlim Anlaşmasından çıxması rüsvayçılıqdır
    Con Kerri: ABŞ-ın Paris İqlim Anlaşmasından çıxması rüsvayçılıqdır

ABŞ-ın sabiq dövlət katibi bu ölkə hökumətinin Paris İqlim Anlaşmasından çıxmaq qərarını tənqid edib və deyib: Donald Trampın Paris anlaşmasından çıxmaq istəməsi rüsvayçılıqdır.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, sabiq dövlət katibi Con Kerri çərşənbə axşamı "Qlobal istiləşmə ilə mübarizə" iclasında ABŞ prezidenti Donald Trampın Paris İqlim Anlaşmasından çıxmasını siyasi məqsədlər daşıyan destruktiv bir qərar adlandırıb. 

2015-ci ildə Paris İqlim Anlaşmasının reallaşması üçün prezident Barak Obama ilə birlikdə ciddi səy göstərən Con Kerri əlavə edib: Əslində Paris İqlim Anlaşmasından çıxan ABŞ xalqı yox, Trampdır. Çünki, ABŞ-ın bir çox şəhərləri və zavodları hələ də bu anlaşmaya sadiqdir. 

ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri dövründə Ağ Evə daxil olacağı zaman Paris İqlim Anlaşmasından çıxacağını elan etmişdi və seçkilərdə qələbə çaldıqdan sonra belə də etdi. 

Paris İqlim Anlaşması 2015-ci ildə Parisdə imzalanmış beynəlxalq bir anlaşmadır. Təqribən 200 ölkə bu anlaşmanı imzlayıb. Anlaşma 2016-cı ilin noyabrında qüvvəyə minib. 

Teqlər