Dek 13, 2017 17:38 Asia/Baku
  • Britaniyalıların yarısı Trampın bu ölkəyə səfərinin ləğv edilməsini istəyir

Son rəy sorğularına əsasən Britaniya xalqının yarısı ABŞ prezidenti Donald Trampın bu ölkəyə səfər etməsinə qarşıdır.

Britaniyada çıxan İndependent qəzetinin yazdığına görə, BMC araşdırmalar müəssisəsinin həyata keçirdiyi rəy sorğusuna əsasən britaniyalıların 48%-i Trampın səfərinin ləğv edilməsini istəyir. Respondentlərin sadəcə 31%-i Trampın Britaniyaya səfər etməsinə qarşı deyil.

İrqçi və ifratçı zümrəni himayə etmək, Paris iqlim anlaşmasından çıxmaq, iqlim dəyişiklikləri ilə mübarizə siyasətinə qarşı çıxmaq, mühacirlərə qarşı siyasət yürütmək, Qüdsü İsrailin paytaxtı olaraq tanımaq ABŞ prezidentini dünyanın ən mənfur simasına çevirib.

Britaniyanın baş naziri Tereza Mey 2017-ci ilin əvvəllərində Amerikaya olan səfəri zamanı Trampı Londona səfərə dəvət etmişdi. Amma, indiyə kimi bu səfər bir neçə dəfə təxirə salınıb.

Trampın Britaniyaya səfər etməsi ilə müxalif olanlar bildiriblər ki, bu səfərə etiraz olaraq milyonluq aksiya keçirəcəklər.

Teqlər