Dek 15, 2017 09:41 Asia/Baku
  • BMT Niki Heylinin İran əleyhinə iddiasını rədd etdi
    BMT Niki Heylinin İran əleyhinə iddiasını rədd etdi

BMT sözçüsünün müavini cümə axşamı deyib: Yəmən ordusunun Ərəbistana atdığı raketlərin İran istehsalı olduğuna dəlalət edəcək heç bir fakt yoxdur.

Fərhan Həq BMT baş katibinin hər 6 ayda bir Təhlükəsizlik Şurasına 2231 saylı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsinə işarə edərək, deyib: Bu hesabatda Yəməndən Ərəbistana atılan raketlər barəsində araşdırmalar həyata keçirilib. Amma, bu raketlərin irana məxsus olduğuna dair hansısa fakt aşkar edilməyib. 

Bu hesabat cümə axşamı Təhlükəsizlik Şurasına təqdim edilib. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi cümə axşamı İran raketinin qalıqları adlandırdığı dəmir parçaları qarşısında İrana qarşı siyasi şou göstərməyə çalışıb. 

Niki Heyli Vaşinqtonun Ərəbistanı silahlandırmasına və Yəmən xalqının başına yağdırılan silahların Amerika istehsalı olmasına işarə etmədən, İranı Yəmən ordusunu təcavüzkarlar qarşısında silahlandırmaqda ittiham edib. 

Teqlər