Dek 16, 2017 21:32 Asia/Baku
  • Heilinin şousu məzhəkəyə çevrilib
    Heilinin şousu məzhəkəyə çevrilib

ABŞ-ın BMT-dəki səfirinin şousu onların məqsədlərini heç də reallaşdıra bilmədi.

ABŞ-ın BMT-dəki səfiri Niki Heilinin şousunun Birləşmiş Ştatlar, sionist İsrail rejimi və Səudiyyə Ərəbistanının ardıcıl uğursuzluqlarının ört-basdır olunmasına heç bir təsir göstərə bilməmişdir.

Qərbdə Yeni milad ili və əyləncəli mərasimlərin başlanması ərəfəsində ABŞ rejimi Niki Heilinin icrası ilə yeni şou təşkil edib. İranın İngiltərədəki səfiri yazıb: Niki Heilinin bu saxta şounu icra etdiyi zaman Səudiyyə Ərəbistanı ABŞ silahları ilə Yəməni bombardman və bu ölkə vətəndaşlarını qırğın etməkdə idi.

ABŞ Yəmənə təcavüz etməkdə olan Ərəbistana sadəcə bu il 350 milyard dollar dəyərində silah-sursat satışının müqaviləsini imzaladı. BMT-nin hesabatlarına əsasən, bu silahlar indiyə qədər 10 min yəmənli, o cümlədən uşaq və qadınları qətlə yetirib. Və onun sənədləri hətta qərb medialarında çoxlu şəkildə dərc olundu.

Siyasi ekspert deyib: ABŞ Ərəbistana silah göndərişini durdurmalıdır. Bizə məlumdur ki, bu silahlarla müharibə cinayətləri törədilir. Beynəlxalq ictimaiyyət də bu cinayətlərin durdurulması üçün məsələyə müdaxilə etməlidir.

Ekspertlər ABŞ-ın gülünc şousunu insan haqları məsələsi və dünya sülhü və təhlükəsizliyi ilə bağlı bu ölkənin ikili standartının bariz nümunəsi hesab edirlər.

Ekspertin fikrincə, Səudiyyə Ərəbistanı və hamilərinin siyasətləri əbləhcəsinədir. Artıq İsrail və ərəblərin 6 günlük müharibəsi deyildir ki, ABŞ müsəlmanları vurması üçün lazımi texnologiyanı İsrailin ixtiyarına versin. On minlərlə yəmənlinin qırğını və əlil olmasına diqqət yetirmək yerinə, ABŞ hazırda Husilərin bir ədəd raketindən nigaran olub.

Əlbəttə ABŞ-ın şousu insan haqlarını pozan və uşaq qatili olan İsrail və Ərəbistan rejimləri tərəfindən dəstəkləndi.

Başqa bir ekspert deyib: Taliban, Bokoharam, Əş-Şəbab, əl-Qaidə, İŞİD və digər terror təşkilatları bir mərkəzdən idarə olunurlar. Səudiyyə Ərəbistanı vəhhabi ideologiyası ilə onların arxasındadır. Hazırda dünyanın ən məşumları İran və Hizbullahda ən pakları ittiham edirlər ki, Yəmən və Yaxın Şərqin digər yerlərindəki cinayətləri və uğursuzluqlarını gizlətsinlər.

ABŞ-ın şousuna hətta qərb Kütləvi İnformasiya Vasitələrində də etina olunmadı.

 

Teqlər