Dek 19, 2017 12:20 Asia/Baku
  • Amerikada Qatar qəzasında ölən və yaralananlar var
    Amerikada Qatar qəzasında ölən və yaralananlar var

Amerikanın Vaşinqton ştatında sərnişin qatarının teylsdən çıxması nəticəsində 3 nəfər ölüb yüzdən çox adam yaralanıb.

Bu qəzada Qatarın 13 vaqonu reylsdən çıxıb və körpünün altında tıxac nəticəsində dayanmış avtomobillərin üsünə düşüb. 

Bu hadisə dünən Portland və Sietl şəhərləri arasında baş verib. 

Qatar şirkətinin məsul şəxsi Riçard Anderson deyib: hadisə baş verərkən Qatarın PTCL sistemi faal deyilmiş. 

Bu sistem qatar sürət həddini aşdıqda avtomat şəkildə qatarın sürətini endirir və onu dayandırır.

Teqlər