Dek 21, 2017 11:00 Asia/Baku
  • BMT-də İranın qətnamə layihəsi qəbul olunub
    BMT-də İranın qətnamə layihəsi qəbul olunub

İranın "Zorakılıq və ekstremizmə qarşı dünya" adı altında təklif etdiyi qətnamə layihəsi üçüncü dəfə olaraq bütün dünya ölkələrinin razılığı ilə BMT-nin Baş Assambleyasında qəbul olunub.

İranın BMT-dəki daimi nümayəndəsi qeyd olunan qətnamənin qəbul olunması iclasında zorakılıq və ekstremizmi iki beynəlxalq problem adlandırıb və onunla mübarizə vacibliyini vurğulayıb.

Qolaməli Xoşru ötən illərdə dünyada ekstremizmin, o cümlədən terror qruplarının Suriyada, İraqda və dünyanın digər nöqtələrində genişlənməsinə toxunaraq, bu məsələyə Baş Assambleyanın diqqətinin davam etdirilməsini vurğulayıb.

İranın BMT-dəki daimi nümayəndəsi mötədillik və tolerantlığı ekstremizmə qarşı ən təsirli padzəhər adlandırıb. O, dünya ölkələrindən istəyibdir ki, həmin nəhs fenomenin meydana gəlməsi və genişlənməsinin aradan qaldırılması hədəfilə bu dəyərlərdən istifadə etsinlər.

Xoşru habelə zorakılıq ilə ekstremizmi hər bir milliyyət və ya xas bir məzhəblə əlaqəli saymaq barədə xəbərdarlıq edib. 

O, əlavə edib: İlahi məzhəblərin davamçılarına qarşı nifrətli sözlər söyləməklə dinlərdən intiqam alan kəslər əslində terrorçuların oyuncağı olaraq, onlara kömək edirlər ki, özlərinin təxribatçı və ifratçı ideologiyalarını yaymış olsunlar.

"Zorakılıq və ekstremizmə qarşı dünya"qətnaməsi İran prezidenti Həsən Ruhaninin 2013-cü ilin dekabrında özünün BMT Baş Assambleyasındakı ilk çıxışı zamanı irəli sürdüyü təklif əsasında təqdim olundu. Bu təklif 190 dünya ölkəsi nümayəndəsinin qəti səsi ilə və heç bir müxalifət olmadan qəbul olundu.

Teqlər