Dek 24, 2017 10:05 Asia/Baku
  • Filippində qasırğa qurbanlarının sayı 182 nəfərə çatıb
    Filippində qasırğa qurbanlarının sayı 182 nəfərə çatıb

Filippin polisi şənbə günü ölkədə qasırğa qurbanlarının sayının 182 nəfərə artdığını bildirib.

Yerli dairələr bundan öncə, Kai Tak qasırğası nəticəsində həlak olanların 80 nəfər olduğunu bildirmişdilər. 

İRİB-in məlumatına görə, Kai Tak qasırğası dekabr ayının ortalarında Filippinin cənub bölgələrində başlayıb və hazırda qərb bölgələrə doğru hərəkət edir. 

Minlərlə mənzili dağıdan, nəqliyyat şəbəkəsi və əlaqə yollarına ciddi xəsarətlər yetirən bu qasırğa yüzlərlə uçuş və gəminin hərəkətinin ləğvinə səbəb olmuşdur. 

Filippində uçuşlar və gəmilərin hərəkətinin ləğv edilməsi nəticəsində minlərlə sərnişin naməlum vəziyyətlə üzləşib. 

Teqlər