Dek 29, 2017 11:34 Asia/Baku
  • Putin: İŞİD Suriyanı beynəlxalq terrorizm üçün bazaya çevirmək istəyirdi
    Putin: İŞİD Suriyanı beynəlxalq terrorizm üçün bazaya çevirmək istəyirdi

Rusiya prezidenti: Rus hərbçilərin peşəkar addımları Suriya dövlətinin qorunmasına, eləcə də mülkilərə qarşı qorxuyaratmanın, edamların və qırğınların dayandırılmasına kömək etdi.

Rusiya prezidenti Vladimir Putin dünən Suriya savaşında iştirak etmiş rus əsgərlərin mükafatlandırılmaları məqsədilə keçirilən mərasimdə deyib: Rusiyanın Suriyadakı hərbi əməliyyatları aşkar şəkildə bu ölkənin yenidən qurulmuş hərbi qüvvələrinin qüdrətini dünya xalqlarına göstərdi.

Putin rus hərbçilərin önündə deyib: Rusiya bir sivilizasiya qarşısında problem yaratmış bir cinayətkar qrupun məhv edilməsində ən əsas və ən qətiyyətli rola malik idi.

Rusiya prezidenti deyib: İŞİD terrorçuları Rusiyanı hədələmək, həmçinin Suriyanı öz beynəxalq təcavüzkarlıqları üçün bir bazaya çevirmək niyyətində idilər.

O, əlavə edib: Suriyada vuruşmuş 48 mindən çox rus hərbçi əslində "ölkə, ədalət və bir amal üçün" döyüşürdülər.

Putin Kremlin əzəmətli bir sarayında bir araya gəlmiş yüzlərlə əsgərin önündə deyib: Sizin qəhrəmancasına və peşəkar addımlarınız Suriya dövlətinin qorunmasına, eləcə də mülkilərə qarşı qorxuyaratmanın, edamların və qırğınların dayandırılmasına kömək etdi.

O, vurğulayıb: Rusiyanın quru və dəniz qoşunları özlərinin bütün yüksəldilmiş qabiliyyətlərini uğurlu şəkildə modern silahlardan istifadə etməklə nümayiş etdirdilər. 

Rusiya prezidenti bu ölkənin Suriyadakı hərbi əməliyyatları zamanı rus pilotların Suriya üzərindəki 34 min döyüş uçuşuna və hədəfi vuran 166-dan çox kruz raketinin atılmasına da işarə edib.

Teqlər